Cümə axşamı, 28 Mart

Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI

image

Azərbaycan Ordusunun 25 mart tarixində qanunsuz erməni hərb birləşmələrinə qarşı gördüyü əlavə tədbirlər nəticəsində, separatçıların silah-sursat daşıdığı torpaq yol da nəzarətə götürülüb. 

Xəbər verilir ki, Sarıbaba dağı ətrafındakı 2054 metr hündürlüyündə yüksəkliyin nəzarətə götürülməsindən sonra, Turşsu-Xəlfəli yolu separatçıların hərəkəti üçün tamamilə bağlanıb. 

Qeyd edək ki, sözügedən torpaq yol vasitəsilə qanunsuz erməni birləşmələri 25 mart tarixinə qədər Rusiya sülhməramlı kontingentinin gözü qarşısında Ermənistandan Xankəndinə canlı qüvvə ilə hərbi vasitələr daşıyırdı. 

Erməni KİV iddia edir ki, sözügedən yol Qarabağla Ermənistan arasındakı yeganə dağ-meşə yolu idi və hazırda faktiki olaraq ermənilərin Qarabağa alternativ yolu yoxdur. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45