Cümə axşamı, 28 Mart

Qurban Qurbanov şəhid qızının əlindən öpdü 

image

Dünən Bakı Olimpiya Stadionunda keçirilən Qarabağ-Qalatasaray matçı maraqlı nüanslarla yadda qaldı. 

Xəbər verilir ki, qonaqlarının 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl və sonra stadionda maraqlı anlar yaşanıb. 

Şəhid övladlarının stadiona gəlişi və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşü təsirli anların yaşanmasına səbəb olub. Qurban Qurbanovun şəhid mayor Elsevər Paşayevin qızları ilə görüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Baş məşqçinin şəhid mayorun qızları Nəzrin və Banunun əllərini öpməsi alqışlanıb. Həmin anı əks etdirən görüntülər minlərlə sosial media iştirakçısı tərəfindən paylaşılaraq təqdir olunub. 

Qeyd edək ki, şəhid mayor Elsevər Paşayev əslən Cəbrayıl rayonundandır. O, 25 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45