Bazar ertəsi, 13 May

Dünyanın ən uzun avtobus turu İstanbuldan başlaya bilər

image

Türkiyənin İstanbul şəhərindən İngiltərənin paytaxtı Londona avtobusla dünyanın ən uzun nəqliyyat turu təşkil edilə bilər.

Qeyd olunur ki, Hindistanın “Adventures Overland” səyahət şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan nəqliyyat turu 22 ölkədən keçməklə 56 gün davam edə bilər.

Səyahət layihəsinin 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuş, lakin pandemiya səbəbindən işlər dayandırılmışdı.

Hazırda 12 min kilometrlik səyahət turunun 2023-cü ilin avqustunda fəaliyyətə başlaması üzərində iş aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00