Cümə axşamı, 18 Aprel

Putin və Si Cinpin sülh planını müzakirə edib? - Peskovdan açıqlama

image

"Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Moskvada Ukraynanın nizamlanması üçün Kiyevin sülh planını müzakirə etməyiblər". 

Xəbər verilir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, Ukraynanın sülh planı müzakirə olunmayıb, Çinin sülh planının ehtiva etdiyi müddəalar ətrafında fikir mübadiləsi aparılıb”, - o deyib.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Kiyev və Qərb buna hazır olduqda, Çinin sülh planının bir çox müddəaları Ukraynadakı münaqişənin həlli üçün əsas götürülə bilər.

Həmçinin, Rusiya və Çin Ukraynada gərginliyin artmasına və hərbi əməliyyatların uzadılmasına kömək edən bütün addımları dayandırmağa, həmçinin “böhranın idarəolunmaz fazaya keçməsinə qədər onun daha da deqradasiyasına yol verməməyə” çağırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56