Şənbə, 20 Aprel

ABŞ PUA-ları Krımdan uzaqlaşdı

image

Son PUA insidentindən sonra ABŞ pilotsuz təyyarələri Qara dəniz üzərində uçuşlarını davam etdirsə də, Krımdan uzaqlaşaraq marşrutlarını dəyişib.

Xəbər verilir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, ABŞ PUA-larının beynəlxalq hava məkanında uçuşları davam edir, lakin indi onlar Krım yarımadası və Qara dənizin şərq hissələrindəki hava məkanından uzaqlaşıblar.

Mənbə bildirib ki, buna səbəb Rusiya ilə baş verə biləcək hər hansı təxribatdan qaçmaqdır. Çünki Bayden administrasiyası ABŞ və Rusiya qüvvələri arasında birbaşa konfliktin yaranmasını istəmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20