Şənbə, 20 Aprel

Zelenski G7 sammitində iştirak edəcək

image

Ukrayna Prezidenti Volodimir Zelenski may ayında Xirosimada (Yaponiya) keçiriləcək G7 sammitində iştirak edəcək.

Dövlət başçısı tədbirə onlayn olaraq qatılacaq.

Bu barədə Zelenski mətbuat konfransı zamanı bildirib. Prezidenti Kiyevdə səfərdə olan Yaponiyanın baş naziri Fumio Kişida şəxsən dəvət edib.

“Baş nazir Kişida məni may ayında Xirosima şəhərində keçirilməsi planlaşdırılan G7 sammitində iştirak etməyə dəvət etdi. Mən onlayn formatda iştirak etmək üçün dəvəti qəbul etdim”, - Zelenski deyib.

Qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kişida martın 21-də Ukraynaya səfər edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20