Cümə, 29 Mart

TƏCİLİ! Dünya TƏŞVİŞ İÇİNDƏ - Ölümcüldür, sürətlə yayılır

image

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) açıqlamasına görə, ölümcül və dərmana davamlı göbələk uzunmüddətli müalicə xəstəxanalarında və digər tibb müəssisələrində "həyəcan verici sürətlə" yayılır.

Xəbər verilir ki, mərkəzin məlumatlarına əsasən, "Candida auris" kimi tanınan göbələk infeksiyaları 2019-cu ildən 2021-ci ilədək 476 xəstəlik faktından 1,471-ə yüksəlib.

Eyni müddət ərzində göbələk daşıyan, lakin yoluxmayan insanların sayı təxminən dörd dəfə artaraq 1077-dən 4040-a çatıb. İlkin məlumatlar göstərir ki, bu halların sayı artmaqda davam edir və göbələk antibiotiklərə davamlıdır.

641968520f25442b9cd1799f.jpg (78 KB)

Alimlər inanırlar ki, göbələk güclü immun sistemi olan, sağlam insanlar üçün təhlükə deyil. Ancaq tibbi cəhətdən daha həssas insanlar, məsələn, süni nəfəs aparatında olan xəstələr və kimyaterapiya almış xərçəng xəstələri ciddi risk altındadır.

Göbələk səbəbindən septisemi (qan infeksiyası) inkişaf edən xəstələrin 30-70 faizinin öldüyü təxmin edilir.

CDC mütəxəssisləri vurğulayırlar ki, xəstəlik təmas yolu ilə yayıldığı üçün mümkün bir epidemiyaya qarşı güclü nəzarət planına ehtiyac var.

Vanderbilt Universitetinin yoluxucu xəstəliklər üzrə professoru William Schaffner qeyd edib ki, bu göbələklər xəstəxanaya daxil olduqda, onları idarə etmək və sağaltmaq çox çətindir, çünki xəstəxanalardakı bəzi dezinfeksiya vasitələri bu göbələyə qarşı təsirsizdir.

Həmçinin bildirilir ki, "Cauris" kimi də tanınan "Candida auris" göbələyi qan dövranında, ürəkdə və beyində ölümcül infeksiyalara səbəb ola bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45