Cümə axşamı, 28 Mart

GPT-4 GƏLDİ! İndi nə olacaq?

image

Maraqlı texnoloji çıxışları ilə tanınan türk yutuber Barış Özcan bu dəfə GPT-4 (generativ, əvvəlcədən hazırlanmış transformator) mövzusunda video hazırlayıb.

Xəbər verilir ki, Barış Özcan videonun girişində tanınmış bloger Tim Urbanın kitabından söz açıb.

O bildirib ki, Urban yeni çıxan kitabında dünya tarixini 1000 səhifəlik bir kitaba bənzədib:

“Hər səhifəsində 250 illik tarixin yazıldığı bir kitab. Bu kitabın ilk 999 səhifəsi ilə son səhifəsini müqayisə edən qrafik tərtib edib. Bu kitabla onun son səhifəsi arasında inanılmaz fərq var. İlk 999 səhifə boyunca əhalimiz 1 milyard nəfər altında idi. 1770-ci illərdən etibarən başlayan bu son səhifədə 8 milyard nəfəri ötdük. Bu kitab boyunca bir yerə çatmaq üçün ya öz ayaqlarımızı, ya da atları, dəvələri istifadə etdik. Son səhifədə öncə buxarlı gəmiləri, qatarları, sonra təyyarələri, avtomobilləri, ən sonda raket icad edib Aya ayaq basdıq. Ocaqda yemək bişirib, şam işığında çalışırdıq. Müasir dövrdə elektriklə işləyən hər şeyi düşünün.

Elektrik bu səhifənin son paraqrafında icad edildi. Yəni son 250 illik tarixi izah edən bu son səhifəni 250 səhifəlik bir kitab vəziyyətinə gətirsək, onun sön səhifəsində GPT-4 (generativ, əvvəlcədən hazırlanmış transformator) yazılardı. Bunlar son 1 ildə belə deyil, ötən ilin avqustundan etibarən bu günə qədər keçən 8 ay ərzində meydana gələn süni intellektə əlaqəli texnoloji yeniliklərdən sadəcə bəziləridir. Çünki bunlar OpenAI tərəfindən gələn yeniliklərdir”.  

Yutuber qeyd edib ki, GPT-4 martın 14-də təqdim edilib. Üzərindən 24 saat keçməmiş parlaq nümunələri ortaya çıxıb. Belə ki, artıq süni intellektdə yeni bir səhifə açılıb:

“OpenAI GPT-4 üçün insan səviyyəsində bir performansa malikdir. Adından göründüyü kimi, bu işlərə açıq süni intellekt kimi başlamışdılar və mənfəət güdmürdülər. Qurucuları arasında İlon Mask da vardı, amma sonradan komandadan ayrıldı. Maskın zamanında 100 milyon dollar xərclədiyi müəssisə hazırda 30 milyard dollar dəyərə malikdir”.

Barış Özcanın sözlərinə görə, GPT-4-ün yenilikləri 3 kateqoriyada cəmləşib – yaradıcılıq (mahnı bəstələmək, ssenari yazmaq və ya kimsənin yazma üsulunu öyrənib onu kopyalamaq), vizuallıq, uzunluq məsələsində özünü təkmilləşdirmə:

“GPT-4 artıq 25 min sözlük giriş edə bilir. Təxminən 100 səhifəlik kitabı rahatlıqla ona verə bilərsiniz. GPT-4-ün uğurlarından biri də dil dəstəyidir. Maşın öyrənməsində (machine learning) doğruluğu ölçən testlər bu günə qədər yalnız ingilis dilində həyata keçirilirdi. Bu dəfə 57 fərqli kateqoriyada 14 mindən çox sualı fərqli dillərdə soruşublar. Ən böyük dəqiqlik dərəcəsinə malik dillər arasında 80 faizlə türk dili də var. Üstünlük 85 faizlə ingilis dilinə məxsusdur”.

Vizual girişlər

Yutuber vurğulayıb ki, süni intellekt gülüş doğuran fotolara baxaraq bunun səbəbini izah edə bilir: 

“GPT-4 eyni zamanda təqdim edilən qrafikləri əsaslandıra bilir. Hətta texniki fənlərə aid sualı başa düşür və cavabı son xırdalığına qədər, dəqiq şəkildə izah edə bilir. GPT-4-ün ən böyük inkişaf sektorundan biri hüquq olub. Yəni imtahana 9 nəfər və 1 süni intellekt giribsə, GPT-4 qalib çıxacaq.

Dünyanın ilk robot vəkili layihəsini həyata keçirənlər məhkəmələrdə GPT-4-ün GPT-3,5-ə nisbətən 5 dəfə üstün olduğunu iddia edirlər. Çünki yeni nəsil 25 minlik mətnləri belə qəbul edə bilir.

GPT-4 90-cı illərdə məşhur olan oyunların hamısını yaza bilir. İlk cib telefonların məşhur oyunu olan “snake” (ilan) oynamaq istəyirsiniz? Kodları hazırdır. Kompüter oyunlarının atası sayılan “Pong”un kodlarını yazdırmaq 60 saniyə belə çəkmir.

Soyuducunu açıb fotosunu çəkin, GPT-4 dolabdakı ərzaqlarla hazırlana biləcək yeməklərin reseptini sizə təqdim edəcək.

Tələbələr zamanında Chat GPT-dən daha çox kopyalama vasitəsi kimi istifadə edirdilər. Bu səbəbdən əksər məktəblərdə ona qadağa qoyulmuşdu. Xan Akademiyası GPT-4 ilə bir köməkçi müəllim xidməti göstərdiklərini açıqlayıb. Yəni dünya artıq süni intellektlə yaşamağa öyrəşməyə çalışır”.

 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25