Cümə, 19 Aprel

Dünya ÇALXALANIR: Moskva Vaşinqtona mesaj göndərdi, İsrail isə...

image

“Rusiya, İran və Çin martın 15-dən başlayaraq Oman körfəzində 4 günlük birgə hərbi təlimlər keçiriblər. Bundan əvvəl fevralın 17-də Rusiya, Çin və Cənubi Afrika Respublikası Hind okeanında 10 günlük birgə hərbi təlimlər keçirmişdilər. Hazırkı hərbi təlimlər “Dəniz təhlükəsizliyi - 2023” adlanırdı. Üç ölkə arasında oxşar birgə hərbi təlimlər 2019-cu ildə də keçirilmişdi. Həmin ildə keçirilən hərbi təlimlər Oman körfəzi ilə yanaşı, Hind okeanını da əhatə edirdi”.

Xəbər verilir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

286483.jpg (74 KB)

Politoloq bildirib ki, ABŞ-ın Rusiya, İran və Çinə qarşı müxtəlif sanksiyaları mövcuddur. İsrail İranı uranı zənginləşdirdiyinə və bölgədəki müxtəlif qrupları silahlandırdığına görə hədəf götürüb:

“Buna görə də Rusiya-Çin-İran birgə hərbi təlimləri Qərb ölkələrinin, o cümlədən İsrailin narahatlığına səbəb olub. Hərbi təlimlər zamanı dəniz quldurlarına qarşı birgə mübarizə üsulları tətbiq edilsə də, fərqli məqsədlər də var. Hərbi təlimlərdə gündüz və axşam saatlarında atışlar həyata keçirilib.

Çin İrandan neft alır. Ona görə də Çin üçün vacib olan nefti İran sahillərindən təhlükəsiz şəkildə daşımaqdır. Pekin buna görə ortaq təlimlərə əhəmiyyət verib. İran da neftini təhlükəsiz şəraitdə Çin sahillərinə çatdırmaq istəyir. Bəs Rusiyanın bu təlimlərdə marağı nə idi? Rusiya sadəcə gücünü ABŞ-a göstərməyə çalışır. Ukraynada işğalçı müharibə aparan Rusiyanın Avrasiya və Yaxın Şərq bölgələrində də fəal olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın bir başqa məqsədi də var. Moskva bu təlimlərlə Vaşinqtona mesaj göndərib ki, tankerlərin okeanlarda təhlükəsiz hərəkətinə nəzarət etmək imkanına malikdir. Yəni Rusiya Avropanın enerji bazarından uzaqlaşdırılsa da, hərbi təlimlərdə iştirak vasitəsilə dünyanın digər bazarlarında fəal olacağına işarə edib.

ABŞ yaxın məsafədən rəqiblərinin hərbi təlimlərini gəmiləri vasitəsilə izləyib. Amerikanın hərbi dəniz qüvvələri hər zaman Oman körfəzində mövcud olub. Moskva-Tehran-Pekin üçbucağı Vaşinqton üçün ciddi təhlükə mənbəyidir. Vaşinqton bu ittifaqı zəiflətmək üçün dövlətlərdən biri ilə sıx əməkdaşlığa malik olmalıdır. Ancaq Vaşinqtonun hər üçü ilə münasibətləri gərgindir. Vaşinqton Çini oyundankənar vəziyyətə salmaq istəyir. Ancaq hələ ki, bunu reallaşdıra bilməyib. Pekin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir. Ancaq Pekin eyni zamanda Kremli müharibəyə görə qınamır. Əksinə, Çin lideri Si Cinpinin Moskvaya səfəri başlayıb. O, dostu Vladimir Putinlə tərəfdaşlığın genişləndirilməsi mövzularını müzakirə edəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17