Şənbə, 20 Aprel

Süni intellekt xərçəngin müalicəsini tapdı

image

Süni intellekt sistemi xərçəngin aqressiv formasının müalicəsini cəmi 30 gün ərzində yaradıb.

Toronto Universitetinin tədqiqatçıları “Insilico Medicine” ilə birlikdə “Pharma” adlı dərman hazırlama platforması yaradıblar. Alimlər iddia edirlər ki, hazırlanan müalicə üsulu qaraciyər xərçəngilə mübarizədə effektivdir.

İş prosesində komanda zülalın quruluşu ilə bağlı proqnozlar verən süni intellekt proqramı olan “AlphaFold”dan istifadə edib. Beləliklə də, xəstəliyə qarşı potensial bir müalicə vasitəsi yaratmaq mümkün olub.

Bundan əlavə, platformada xəstələrin ömrünün proqnozlaşdırılması sistemi də var və o, 80%-dən çox dəqiqliklə çalışır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20