Cümə, 19 Aprel

Bu ölkədə dağıdıcı zəlzələ oldu, ölənlər var - YENİLƏNİB

image

Ekvadorda baş verən zəlzələ nəticəsində 13 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.

Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidməti bildirib.

Xidmətin məlumatına görə, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ciddi ziyan dəyib.

Xatırladaq ki, şənbə günü Ekvadorun cənubunda 6,8 gücündə zəlzələ baş verib.

İlkin məlumatlara görə El Oro və Azuay əyalətlərində ən azı 11 nəfərin həyatını itirməsi barədə məlumat verilmişdi.

***

Saat 02:56

Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində azı 12 nəfər ölüb.

Xəbər verilir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.

"Hazırda 12 nəfərin ölməsi (11 nəfər El Oro əyalətində və bir nəfərə Asuay əyalətində) barədə məlumat verilib. Yaralılar var, onlara xəstəxanalarda yardım göstərilir", - deyə mətbuat xidmətinin "Twitter" səhifəsində qeyd olunub.

Qeyd edək ki, təbii fəlakətin episentri Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 85 km dərinlikdə olub.

***

18.03.2023

Saa 23:46

Ekvadorda yerli vaxtla saat 12:12-də baş verən 6,7 bal maqnitudalı zəlzələ nəticəsində üç nəfər ölüb.

Xəbər verilir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb. 

Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

***

Saat 21:40

Ekvadorda 6,7 bal gücündə zəlzələ baş verib.

Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 85 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17