Şənbə, 20 Aprel

İsmayıllıda qəza baş verdi, iki azyaşlı xəsarət aldı

image

Dünən gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllıdan keçən hissəsində avtomobil qəzası baş verib.

Xəbər verilir ki, hadisə İsmayıllı rayonunun Buynuz kənd ərazisində baş verib.

Ətraflı

 

Qəza nəticəsində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad oğlu və 2021-ci il təvəllüdlü Qədirli Adəm Cavad oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlk yardım göstərilən azyaşlıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20