Çərşənbə, 22 Mart

Bakıda evdən 8000 manat oğurlandı

image

Bakıda evdən 8000 manatlıq oğurluq edilib.

Xəbər verilir ki, paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İranda zəlzələ oldu

  • 20.03.2023 - 12:00
image

Sabah 19° isti olacaq

  • 20.03.2023 - 11:35
image

Putin Mariupola səfər etdi 

  • 19.03.2023 - 09:04
image

İlon Mask UDUZDU

  • 18.03.2023 - 15:13