Çərşənbə axşamı, 23 Aprel

Kralın qızı ilə evlənmək üçün müsəlman oldu – FOTO

image

İordaniya Kralı II Abdullahın böyük qızı 27 yaşlı şahzadə İman 29 yaşlı yunan və Venesuela əsilli iş adamı Cəmil Aleksandr Termioti ilə evlənib.

Xəbər verilir ki, Əmman şəhərindəki Beyt ül-İordaniya sarayında keçirilən mərasimdə kral və Termioti ailəsinin üzvləri, yerli və xarici qonaqlar iştirak ediblər.

Nikah mərasimindən sonra dövlət televiziyası ilə canlı yayımlanan mərasimdə Quran oxunub.

Venesuelanın Karakas şəhərində yunan ailəsində doğulan Termioti keçən yay şahzadə İmanla nişanlanıb. Termioti Nyu-Yorkda maliyyə sahəsində işləyir.

Yunan mətbuatında yer alan iddiaya görə, bəy Kral Abdullahın qızı şahzadə İmanla evlənmək üçün İslamı qəbul edib və Cəmil adını alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37