Cümə, 19 Aprel

Tehran: Türkiyə, Rusiya və Suriya ilə görüşə hazırıq

image

İran Türkiyə, Rusiya və Suriya ilə dördtərəfli görüşdə iştirak etməyə hazırdır, görüşün dəqiq tarixi ilə bağlı Moskvadan bildiriş gözləyirik.

Xəbər verilir ki, bunu İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı deyib.

“Dördtərəfli görüşün (xarici işlər nazirlərinin müavinləri) Moskvada keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Biz iştirak etməyə hazırıq və dəvət olunmuşuq, lakin görüşdə iştirak edən tərəf (Rusiya - red.) bu görüşün yekun təsdiq edilmiş tarixi barədə bizə məlumat verməlidir”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl 4 dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşün martın 15-16-da Moskvada keçiriləcəyi bildirilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28