Cümə, 26 Aprel

Salahın evi qarət edilib

image

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salahın Misirin paytaxtı Qahirə şəhərindəki evi qarət edilib.

Məlumata görə, bu barədə "Goal" nəşri xəbər verir.

Mənbənin məlumatına görə, hadisə barədə futbolçunun qardaşı oğlu məlumat verib. O, evin yanından keçəndə pəncərələrin açıq və evin dağınıq vəziyyətdə olduğunu görüb.

Ulduz futbolçunun evindən oğurlanan əşyaların siyahısı açıqlanmayıb.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirir və müşahidə kameraları yoxlanılır.

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"da 2017-ci ildən çıxış edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33