Cümə, 19 Aprel

“Qarabağ” avrokuboka vəsiqəni təmin EDİB

image

Misli Premyer Liqasında mükafatçılardan biri bəlli olub.

Xəbər verilir ki, “Qarabağ” ilk “üçlük”dəki yerini təmin edib.

Bu, XXVI turun ikinci oyun günündə dəqiqləşib. Qurban Qurbanovun yetirmələri “Səbail”i 3:0 hesabı ilə darmadağın edib.

Bununla da ağdamlılar xal hesabını 68-ə çatdırıb. Çempionatın lideri 4-cü pillədəki “Zirə”dən 31 xal öndədir. Mövsümün sonuna 10 tur qaldığından “Qarabağ” 4-cü və daha aşağı pillələrdəki komandalar üçün əlçatmaz olub.

Nəticədə Ağdam klubunun ilk “üçlük”də yer alacağı dəqiqləşib. “Qarabağ” medallardan birini və avrokuboklara vəsiqəni də təmin edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20