Cümə axşamı, 25 Aprel

Ərdoğan bu 2 ölkənin təzyiqi altındadır: Apreldə...

image

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək istəyir".

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan deyib. O bildirib ki, Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan, Rusiya ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır.

Rusiya və Ukrayna liderlərinin görüşünün baş tutma ehtimalı varmı?

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov açıqlamasında bildirib ki, indiki halda Rusiya və Ukrayna prezidentlərinin görüşə razılıq verəcəkləri və bir-birilə bağlı qapı arxasında görüş keçirəcəyi real görünmür.

Ekspert qeyd edib ki, Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar davam edir. Tərəflərin müharibənin dayandırılması ilə bağlı mövqeləri bir-birindən qəti şəkildə fərqlənir:

"Çətin ki, iki lider bir-birini görmək istəsin. Ukraynanın arxasında olan qüvvələr öz məqsədlərinə çatmaq üçün indiki mərhələdə müharibənin dayandırılmasının tərəfdarı deyillər. Eyni zamanda ola bilsin ki, bütün qüvvələr müharibənin daha da sərtləşməsinin heç də tərəfdarı deyillər.

Ərdoğana gəlincə, Türkiyə lideri o şəxsdir ki, müharibə başlayandan dəfələrlə Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi üçün əlindən gələni etdi. Əgər Türkiyə lideri kimi bir çoxları dünyanı düşünsəydi və tərəflərə təsir edəcək gücə malik olsaydı çoxdan müharibəni dayandırmışdılar. Əfsuslar olsun ki, Türkiyənin bu aktivliyinə, hər iki tərəflə yaxşı münasibətlərinə qısqanclıqla yanaşan qüvvələr öz platformalarında, öz istədikləri zaman müharibənin dayandırılmasının tərəfdarıdırlar. Türkiyənin bu kimi bəyanatlarına, fəaliyyətinə heç də isti baxmırlar".

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33