Cümə, 29 Mart

Ucuz bazarlıq etmək istəyənlərin NƏZƏRİNƏ

image

"Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edir.

Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq təşkil olunan "Kənddən Şəhərə" yarmarkaları 11-19 mart tarixlərində fəaliyyət göstərəcək.

"Kənddən Şəhərə" Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər.

Hazırda yarmarkada təklif edilən məhsulların bir qismini təqdim edirik:

İydə - 8 AZN, innab 9 AZN, fındıq ləpəsi 7-14 AZN, qoz ləpəsi 5-25 AZN, kişmiş - 6 AZN, qaysı 9-19 AZN, səməni 1,5 - 20 AZN. 

"Kənddən Şəhərə" Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı).

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45