Cümə, 29 Mart

Qarabağ və Şərqi Zəngəzurda tikinti ilə bağlı məbləğ müəyyənləşdi

image

Nazirlər Kabinetinin “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nə müvafiq dəyişiklik edib.

Xəbər verilir ki, dəyişikliyə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri müəyyənləşib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların və Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün tətbiq edilən xidmət haqlarının məbləğləri həcmində xidmət haqları tətbiq olunacaq.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün traslarla əlaqədar təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda tətbiq edilən haqqın 50 %-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla), digər hallarda trasın uzunluğu 200 m-dək olduqda 300 manat, trasın uzunluğu 200 m-dən çox olduqda 300 manat + 200-dən çox olan hər metr üçün 0,8 manat (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) manat müəyyən edilib.

Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün isə xidmət haqqının məbləği hər kvadrat metrə görə 100,0 manat (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla) müəyyən edilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də bu məbləğlərdə xidmət haqları tətbiq olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45