Cümə axşamı, 02 May

İran: Rusiyadan “Su-35“ alınması razılaşdırılıb

image

İran Rusiyadan "Su-35" təyyarələrinin alınması ilə bağlı razılığa gəlib.

Xəbər verilir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

“1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra İran bir sıra ölkələrdən qırıcıların alınması imkanını istəyib və Rusiya bunun satışa açıq olduğunu bildirib”.

"Su-35" qırıcıları texniki baxımdan İran üçün məqbuldur, ona görə də 2020-ci ilin oktyabrından və adi silahların alınması üçün İrana qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Tehran nəhayət onların alınması ilə bağlı razılığa gəlib.

Eyni zamanda, daimi nümayəndəlik müqavilənin dəqiq nə vaxt razılaşdırıldığını, Rusiya Federasiyasından İrana nə qədər "Su-35"-in və nə vaxt çatdırılmasının nəzərdə tutulduğunu açıqlamayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15