Çərşənbə axşamı, 07 May

“Rusiyanın nüvə terrorizmini dayandırmaq üçün qətiyyətli addımlar atılmalıdır” - Ukraynanın Baş naziri

image

“Rusiyanın nüvə terrorizmini dayandırmaq üçün qətiyyətli addımlar atılmalıdır”.

Xəbər verilir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə yazıb.

Onun sözlərinə görə, bu gecə Rusiya Ukraynanın enerji infrastrukturuna raket və dronlarla hücum edib: “Yaşayış binalarına ziyan dəyib, ölənlər var. Bizə işğalçını dayandırmaq üçün daha çox silah lazımdır. Rusiyaya sanksiyalar artırılmalıdır”.

Baş nazir həmçinin xatırladıb ki, hücum nəticəsində Zaporojye Atom Elektrik Stansiyası (AES) tamamilə enerjisiz qalıb

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Paytaxt Kiyevə ballistik raketlərin atıldığı bildirilir. Hadisə nəticəsində 2 mülki şəxs yaralanıb. Həmçinin Lvovda 4 mülki şəxs ölüb.

Zaporojye AES-də elektrik enerjisi kəsilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58