Çərşənbə axşamı, 07 May

Naxçıvanda yaşayanların NƏZƏRİNƏ: martın 13-dən 19-dək...

image

Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində bayram yarmarkası təşkil olunacaq.

Xəbər verilir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.

Yarmarkada məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin səyyari laboratoriyası da fəaliyyət göstərəcək.

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58