Cümə axşamı, 02 May

Mövlud Çavuşoğlu İrana SƏFƏRedəcək

image

“Yaxın vaxtlarda İrana gedəcəyəm”.

Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmirabdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub: “Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq”.

Çavuşoğlu bildirib ki, iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti də müzakirə edib: “Həmkarıma “Taxıl sazişi”ndəki son durum barədə məlumat verdim. Müharibənin başa çatması üçün hansı səyləri ortaya qoya biləcəyimizi müzakirə etdik”.

Qeyd edək ki, İran XİN başçısı Türkiyədə səfərdədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15