Çərşənbə, 15 May

Polşa ukraynalı qaçqınlara ödənilən pulu GERİ İSTƏYİR

image

Polşa Sosial Təminat Xidməti ölkəni tərk edən Ukrayna vətəndaşlarına əsassız olaraq ödənilən sosial müavinətləri geri qaytarmağa çalışır.

Bildirilib ki, edilən ödənişlərin məbləği 2 milyon zloti (0,5 milyon dollar) təşkil edir. Söhbət Polşada hər uşağa görə ödənilən “500+” və “300+” müavinətlərdən gedir.

Qanunlara görə, ukraynalı qaçqın Polşanı 30 gündən çox tərk edərsə, bu ödənişlərdən məhrum olur.

Elə hallar olub ki, valideynlər Ukraynadan Polşaya sırf müavinət almaq məqsədilə gəliblər, sonra isə dərhal geri qayıdıblar.

Xidmətin sözçüsü Pavel Jebrovski bildirib ki, indiyədək cəmi 35,4 min zloti (təxminən 8 min dollar) geri qaytarılıb.

Qeyd edək ki, yanvarın 28-də Polşada Ukrayna vətəndaşlarına yardım haqqında qanuna dəyişiklik qüvvəyə minib. Bu, Polşa sərhədindən keçən hər kəsə ödənişlərin dayandırılmasına imkan verir. Bir ay ərzində 3200 Ukrayna vətəndaşının ödənişləri dayandırılıb.

Polşa Daxili İşlər Nazirliyinin hesablamalarına görə, ölkəyə gələn 1,5 milyon ukraynalı qaçqın respublikada qanuni yaşamaq, oxumaq, işləmək və sosial müavinət almaq imkanı verən xüsusi identifikasiya nömrələri alıb.

Ötən il fevralın 24-dən sonra Ukraynadan gələnlərdən hazırda ölkədə 1,3-1,4 milyona yaxın insan qalıb. Onların təxminən 80%-i Polşada işləməyə başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00