Cümə axşamı, 28 Mart

İsrail daha 4 müsəlman ölkəsi ilə münasibətləri normallaşdırmağa çalışır

image

İsrail Abraham Sazişinə daha dörd müsəlman ölkəsinin qoşulması üzərində işləyir.

Xəbər verilir ki, bu barədə "Israel Hayom" nəşri məlumat yayıb.

Nəşr mənbələrə istinadən bildirib ki, ölkənin xarici işlər naziri Eli Kohen Mavritaniya, Somali, Niger və İndoneziya ilə əlaqələrin normallaşdırılması üzərində çalışır.

Baş nazir Benyamin Netanyahu, ABŞ dövlət katibi Entoni Blinken, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Bennett-Lapid dövründə İsrail-Livan dəniz müqaviləsində vasitəçilik edən Amos Hokşteynin də bu səylərdə iştirak etdiyi bildirilib.

Keçən həftə Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşdə İsrail XİN başçısı Kohen Mavritaniya ilə danışıqların irəlilədiyini deyib və həmçinin Mavritaniya və Nigerlə münasibətlərin normallaşmasında Almaniyanın İsrailə kömək etməsini istəyib.

İsrail və Mavritaniya arasında diplomatik münasibətlər 1999-cu ildə qurulsa da, 2008-ci ildə Qəzza müharibəsi səbəbindən əlaqələri kəsilib.

İsrail və Somali arasında heç vaxt diplomatik əlaqələr olmayıb, lakin son bir ildə ölkə prezidenti Həsən Şeyx Məhəmmədin İsraillə münasibətlərin yaradılmasında maraqlı olduğu bildirilir.

Nigerlə də İsrailin heç vaxt rəsmi diplomatik əlaqələri olmayıb, ancaq İsrail Nigerlə əlaqələrin normallaşdırılmasında maraqlıdır, çünki bu ölkə qlobal uran tədarükçüsüdür və onun İsraillə əlaqələri uranın İsrailə əks mövqedə olan ölkələrə satışının qarşısını ala bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45