Cümə, 03 May

Ukrayna Krımı belə qaytarmaq istəyir- hərbi plan

image

Ukrayna yarımadanın Rusiya tərəfdən təchizatını kəsərək Krım körpüsünü tamamilə dağıtmağı planlaşdırır

Ukrayna rəhbərliyi son bir neçə aydır ki, Krımın qaytarılması əməliyyatının 2023-cü ilin yazında başlayacağını və yəqin ki, yayda başa çatacağını deyir. Kiyevdə təfərrüatlar açıqlanmır, onlar yarımadaya zərbəni "qəfil" etmək istəyirlər. Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Petro Çernik  ölkə televiziyasına müsahibəsində bəzi təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, Krıma tammiqyaslı hərbi hücum olmayacaq - belə qorunan bölgəyə hücum etmək demək olar ki, mümkün deyil. Ona görə də əvvəlcə düşmənin “tükətmək və yormaq ” taktikasına əməl etmək lazımdır.

Hərbçi iddia edir ki, Ukrayna yarımadanın Rusiya tərəfdən təchizatını kəsərək Krım körpüsünü tamamilə dağıtmağı planlaşdırır. Bunun üçün Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları lazım olacaq. Bundan sonra Ukrayna hərbçiləri bölgəni blokadaya alacaq və oradakı rus bölmələrini məhv etməyə çalışacaq. Onun sözlərinə görə, bunu etmək asan olacaq. Çernik iddia edir ki, uzunmüddətli perspektivdə bu cür taktika Krımın nəzarətinin yenidən Ukraynaya verilməsi üçün diplomatik prosesin başlanmasına səbəb ola bilər.

2022-08-17_172137.jpg (70 KB)

Martın əvvəlində Ukrayna tərəfi yarımadaya bir neçə dəfə hücum etməyə cəhd edib. Bu məqsədlə Ukrayna Silahlı Qüvvələri yeni pilotsuz təyyarələr yerləşdirib. Rusiya hava hücumundan müdafiə sistemləri  Ukraynanın pilotsuz təyyarələrinin basqını dəf edə bilib.

 Demokratlar Partiyasının ruporu olan “The New York Times”  bir müddət əvvəl məqalə dərc edərək iddia edib ki, Bayden administrasiyası Kiyevi Krımda zərbələr endirəcək silahlarla təmin etməyi düşünür. Dövlət Departamentinin sözçüsü Ned Praysdan isə ABŞ-ın Ukraynanın Krımda endirdiyi zərbələrə Qərb silahları ilə dəstək verib-verməyəcəyini soruşublar. “Nəhayət, öz ərazilərini müdafiə etmək üçün bu silah və təchizatlardan necə və harada daha yaxşı istifadə etmək bizim ukraynalı tərəfdaşlarımızdan asılıdır” deyə, Prays cavab verdi. O, ABŞ-ın yarımadanın Ukraynaya məxsus olduğunu da vurğulamağı da unutmayıb.

14141.JPG (38 KB)

Amma Vaşinqton administrasiyası  son vaxtlara qədər hesab edirdi ki, coğrafi mövqe, krımlıların əhval-ruhiyyəsi və yarımadanın müdafiə qabiliyyəti onu Ukrayna üçün tamamilə əlçatmaz hərbi hədəfə çevirir, bu  barədə düşünməyin belə mənası yox idi. 

İndi cəbhədə vəziyyət tam əksinədir, Ukrayna Silahlı Qüvvələri Soledarı tərk edib, Baxmutu itirmək üzrədir.  Ağ Evdəki görüşdə yüksək səviyyəli mənbənin “The New York Times” a verdiyi məlumata görə, qərara alınıb ki, “Ukrayna dalana dirənmiş münaqişədə  qalib ola bilməz, o zaman Krım üçün təhlükə təşkil etmək qalır”. Eyni zamanda, nəşr açıq mətnlə bildirir ki, yarımadanın Ukrayna Silahlı Qüvvələrindən alınmasına heç bir ümid yoxdur. Vaşinqtonda hesab edirlər ki, Ukrayna Krıma hər hansı təhlükə yarada bilsə, bu mümkün danışıqlarda Kiyevin mövqeyini ancaq gücləndirə bilər. 

1674678200_krim.jpg (420 KB)

Pentaqonda yazılan ssenarilərə görə, Ukrayna Silahlı Qüvvələri cənubdan Melitopol və Mariupola doğru hərəkət etməli, sonra isə Krım ərazisi və rus ordusunun təchizat yolları HIMARS-larla atəşə tutulmalıdır. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hələ iyul ayında Krıma edilən zərbəyə cavab olaraq Qərbi "qiyamət günü" ilə hədələmişdi.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15