Bazar, 05 May

Güc strukturları hərəkətə keçdi - YENİLƏNİB

image

"Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub".

Bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

1 nəfər hadisə yerində dünyasını dəyişib.

***13:08

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Bu barədə prokurorluqdan məlumat verilib.

Bildirilir ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlaması gözlənilsin.

***12:55

Bakıda marketlərin birində silahlı atışma olub.

Xəbər verilir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumatda hücumun inkassatorun maşınına olduğu bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib:

“Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15