Şənbə, 04 May

Rusiyada minlərlə məhkum müharibəyə qatılması üçün azad olunur - ŞOK İDDİA

image

Səfərbərlik elan edildikdən sonra Rusiya məhkəmələri məcburi və islah işlərinə məhkum edilmiş ruslara cəzaların icrasından kütləvi şəkildə yayınmağa imkan yaradıb.

 Xəbər verilir ki, bu barədə "Verstka" saytı məlumat yayıb.

Sayt öz araşdırmasını Moskva, Saratov, Perm, Amur, Yəhudi Muxtar Vilayətlərinin məhkəmə materialları ilə əsaslandırıb. Gələn xəbərlərə görə, bunun üçün məhkumun Ukraynaya döyüşə getmək üçün yazılı razılığı kifayətdir.

Oğurluq, qarət, narkotik vasitə saxlamaq, sərxoş vəziyyətdə avtomobil idarə etmək və ya alimenti ödəməyə görə saxlanılanlar faktiki olaraq cəzadan azad olunurlar.

"Verstka”nın aydınlaşrdığına görə bir çox hallarda məhkumlar əvvəlcə guya cəbhəyə göndərilir, sonra isə bir neçə həftədən sonra cəzadan azad olunurlar. Məhkəmələrdə səfərbər olunanların maraqlarını onların qohumları və hətta Federal Penitensiar Xidmətin əməkdaşları təmsil edirlər.

Bundan əlavə, saytın yazdığına görə, bəzi hallarda hakimiyyət artıq cəza çəkmiş şəxslərə, o cümlədən ağır cinayətlərə görə, Ukraynadakı müharibə iştirakçılarına cəzadan yayınmağa kömək edir. Belə ki, rayonlardakı məhkəmələr və hüquq-mühafizə orqanları məhkumlar üçün müəyyən edilmiş inzibati nəzarət prosedurlarına da məhəl qoymurlar.

Məsələn Çeçenistandan Ukraynaya müharibəyə gedən iki min yarım qondarma “könüllü” arasında onlarla adam inzibati nəzarət altında olub. Bununla belə, məhkəmələrin sənədlərinin məlumatlarına əsasən, yerli hakimiyyət orqanları onların yaşayış yerində olmamalarına heç bir reaksiya verməyib.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40