Cümə, 03 May

Bakının daha bir məktəbində qalmaqal - Valideynlə müəllim arasında insident - RƏSMİ

image

Paytaxtın Yasamal rayonu, 161 nömrəli orta məktəbin müəllimi və valideyn arasında gərginlik yaşanıb.

Valideyn iddia edir ki, onun qızı Şeydayeva Fatiməyə müəllimlər tərəfindən böhtan atılıb. Guya qızı, Əsmər müəllimin qardaşı oğlu Hüseynlə sevgilidir. Elə buna görə də qızını məktəbdən qovublar:

“Fevralın 13-ü Hüseynlə bibisi Əsmər müəllim qızımı məktəbdən qovdular. Qızımın sinif rəhbəri də Əsmər müəllimdən qorxur. Ona görə bizim başımıza belə oyun açırlar”.

Hətta valideyn baş verən hadisələrlə bağlı qızının sinif rəhbəri ilə aralarında keçən telefon danışığının səs yazısını da təqdim edib.

Biz də iddiaların nə dərəcədə əsaslı olub-olmadığını dəqiqləşdirmək, həmçinin qarşı tərəfin də mövqeyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik.

Qurumdan bildirildi ki, göndərilən səs yazısı məktəbin 8a sinfinin rəhbəri və eyni zamanda riyaziyyat fənn müəllimi Abdullayeva Züleyxaya və həmin sinifdə təhsil alan Ayselin valideyni Şeydayeva Esmiraya məxsusdur.

Məlumata görə, baş verən mübahisə valideynin iddia etdiyi kimi deyil:

“13.02.2023-cü il tarixində 8a sinif şagirdi Şeydayeva Fatimə 1-ci və 2-ci saat dərslərdə iştirak etməyib. 3-cü dərsin tənəffüs zamanı sinif yoldaşı Babazadə Fəridlə münaqişə yaşayıb və stolu ayağına vurub, söyüş söyərək sinif otağını tərk edib.

O, məktəbin giriş qapısına nəzarət edən texniki işçi Ağayeva Mehribanın məktəbi tərk etməmək barədə iradına məhəl qoymadan məktəbi tərk edib. Sinif rəhbəri valideynə bu barədə məlumat verdikdə valideyn Şeydayeva Esmira məktəbə aqressiv şəkildə gələrək qışqır-bağır salıb. Baş verən hadisə haqqında ətraflı məlumat aktlarda öz əksini tapıb”.

Məktəbdən o da bildirilib ki, 13.02.2023-cü il tarixindən şagird məktəbə gəlmir. Valideyn Esmira Şeydayeva direktora şərt qoyaraq Hüseynin məktəbdən çıxarılmadığı təqdirdə övladı Ayseli məktəbə göndərməyəcəyini bildirib:

“Məktəb rəhbərliyi öz növbəsində şagirdin təhsildən yayındığı barədə Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verib. Valideyn baş vermiş hadisəni tamamilə fərqli formada Yasamal rayon Prokurorluğuna ərizə şəklində şikayət edib. Prokurorluğa çağırılan Tağıyeva Ruhiyyə, Abdullayeva Züleyxa, Əliyeva Əsmər, 8a sinif şagirdi Hüseyn və valideyni hadisəni olduğu kimi öz izahatları ilə izah ediblər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15