Cümə axşamı, 02 May

Rusiyada 9-cu sinif şagirdi terror aktı hazırladığı üçün həbs edildi

image

Hərbi Komissarlıqda yanğın törətməyi planlaşdıran məktəbli Tümen vilayətinin Tobolsk şəhər məhkəməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə regional ədliyyə orqanının mətbuat xidməti fevralın 25-də məlumat verib.

“Tobolsk şəhər məhkəməsi 15 yaşlı məktəbli barəsində həbs-qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi üzrə terror aktı hazırlamaqda ittiham olunur. 9-cu sinif şagirdi Tobolsk şəhəri və Tobolsk vilayətinin hərbi komissarlığında yanğın törətməyi planlaşdırıb”, - deyə dərc olunmuş məlumatda deyilir.

Mətbuat xidməti şağırdin aprelin 22-dək həbsdə qalacağına aydınlıq gətirib.

Bildirilir ki, istintaqın məlumatına görə, fevralın 23-də yeniyetmə içərisində “Molotov kokteyli” olan şüşə və alışqan götürərək, hərbi komissarlığa tərəf gedib. Lakin o, yolda Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları tərəfindən saxlanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15