Çərşənbə, 17 Aprel

Kreml Putin-Ərdoğan telefon danışığının detallarını açıqlayıb

image

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detallarını açıqlayıb.

Məlumata görə, telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Rusiyanın köməyinə görə dərin minnətdarlığını bildirib, rusiyalı xilasedicilərin və həkimlərin yüksək peşəkarlığını qeyd edib.

Öz növbəsində Vladimir Putin ölkənin təbii fəlakətdən zərər çəkmiş rayonlarında bərpa işləri zamanı Türkiyə tərəfinə lazımi yardımı göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

"Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən enerji sektorumda əməkdaşlıq da müzakirə olunub. Rusiya enerji daşıyıcılarının gələcək tədarükünün və Akkuyu AES-in tikintisinin praktiki aspektləri əsaslı şəkildə nəzərdən keçirilib.

Rusiya Prezidentinin Rusiya Federasiyası Federal Məclisinə son müraciətində verdiyi prinsipial qiymətləndirmələr kontekstində Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Ukrayna taxılının ixracı və Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrinin ixracına dair İstanbul sazişlərinin həyata keçirilməsinə də diqqət yetirilib.

Rusiyadan daha çox ehtiyacı olan ölkələrə müvafiq tədarüklərin aparılmasına maneələrin aradan qaldırılması ilə bağlı “paket”in ikinci hissəsinin vicdanla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14