Cümə, 26 Aprel

“Vəziyyət kritik hal alır, Rusiya ilə danışıqları intensivləşdirmək lazımdır” - Deputat

image

Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır.

Xəbər verilir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bir neçə gün bundan əvvəl atəşkəsin 15 dəfə pozulduğunu xatırladıb:

"O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır. Bizim Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəmiz olmalıdır. Bununla həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılmasının qarşısını ala bilərik. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Vəziyyətin getdikcə kritik hala gələcəyi gözləniləndir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33