Çərşənbə, 15 May

”Barselona”nı məğlub edirsənsə, hamıya qalib gələ bilərsən”

image

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Avropa Liqasının pley-off mərhələsində "Barselona"ya qalib gələrək (2:1, ilk oyun - 2:2) 1/8 finala adlamaları barədə danışıb.

Xəbər verilir ki, mütəxəssis çox güclü bir komandanı məğlub etdiklərini vurğulayıb:

"Hazırda Avropanın ən yaxşı komandalarından biri olan "Barselona"nı məğlub edirsinizsə, inamınız artır və hər kəsi məğlub edə bilərsiniz. "Barselona" La Liqada "Real"ı 8 xal qabaqlayır. Bu həftə "Real"ın "Liverpul" ilə oyununu gördük. Beləliklə, çox güclü komandaya qalib gəldik. İstənilən yaxşı komandaya qalib gəlmək potensialımız var".

Ten Haq "Bu, “Mançester Yunayted”dəki ən yaxşı qələbənizdir" sualını belə cavablandırıb: "Məncə, bəli. Yaxşı qələbələrimiz olub. Evdə "Liverpul" və "Arsenal"a qalib gəlmişik. Bunlar çox yaxşı qələbələrdir, lakin “Barselona”nı pley-offda məğlub etmək böyük nəticədir. David de Xea, Rafael Varan, Lisandro Martinez, Kasemiro, Bruno Fernandeş kimi güclü xarakterə malik çoxlu oyunçumuz var. Qaliblər onlardır. Hər kəs bu komandaya çox inanır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00