Cümə axşamı, 25 Aprel

Ali Məhkəmə 307 min dolları dələduzluq yolu ilə ələ keçirən hakim barəsində qərar verdi

image

Keçmiş məhkəmə hakimi Lətif Nəbiyev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Əldə etdiyimiz xəbərə görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti məhkum şəxs barəsindəki qərarın dəyişdirilməsi üçün hər hansı əsaslar müəyyən etməyib.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Xatırladaq ki, Lətif Nəbiyev müxtəlif vaxtlarda Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olub.

İttihama görə, o, zərərçəkmişlər - Azad İbrahimovun 247 500 dollar, Rüstəm Abdullayevin isə 59 700 dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Lətif Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham irəli sürülüb.

Lətif Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi təyin olunmuş həbs cəzasını 4 il 6 aya endirib.

Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə Lətif Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33