Bazar ertəsi, 06 May

Türkiyə ABŞ-a MÜHÜM MESAJ verdi - Mümkün deyil!

image

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə mətbuat konfransı keçirib.

Xəbər verilir ki, görüşdən əvvəl Blinken ölkəsinin Türkiyə və Suriyadakı zəlzələ fəlakəti üçün əlavə 100 milyon dollar yardım edəcəyini açıqlayıb. ABŞ-ın açıqladığı dəstəyin ümumi məbləği 185 milyon dollara çatıb.

Çavuşoğlu görüşdə ABŞ-ın Suriyadakı öhdəliklərini xatırladıb, İŞİD-ə qarşı PKK/YPG kimi terror təşkilatı ilə əməkdaşlıq etməyin düzgün olmadığını bildirib.

Türkiyəli nazir ABŞ-dan F-16-ların şərtlərlə alınmasının mümkün olmadığını da bildirib.

Blinken Bayden administrasiyasının F-16-ların modernləşdirilməsi və satışında Türkiyəyə güclü dəstək verdiyini ifadə edib: “NATO müttəfiqi və dost ölkə olaraq milli maraqlarımız və dövlətlərin maraqları baxımından Türkiyənin ən yüksək səviyyədə fəaliyyət göstərməsini hədəfləyirik”.

Çavuşoğlu bildirib ki, Türkiyənin F-35 proqramından çıxarılması birtərəfli qərar idi.

"Ona görə də 1,4 milyard dollarlıq bir məbləğ ödədik. Türkiyə bu proqramda olmadığı üçün ödədiyimiz pulun geri qaytarılmasını gözləmək bizim ən təbii haqqımızdır".

Blinken ABŞ-ın terror təşkilatı YPG/PKK-ya dəstəyi ilə bağlı məsələyə belə münasibət bildirib: “Türkiyənin cənub sərhədi ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayırıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15