Çərşənbə, 24 Aprel

Məhkəmə Vidadi Muradovun girov qoyulmuş əmlakları ilə bağlı növbəti dəfə qərar verib

image

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi banka girov qoyulmuş əmlaklarla bağlı hissədə yenidən araşdırılıb.

Əldə etdiyimiz xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərarı qüvvədə saxlanılıb.

Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərarı dəyişdirməyib.

Xatırladaq ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Ətraflı

Barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr bir müddət sonra onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılıb. Vidadi Muradov ötən ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib.

Bundan sonra cinayət işi üzrə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Ötən ilin oktyabr ayında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını girov qoyulmuş əmlaklarla bağlı hissədə ləğv edib. İş bu hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33