Cümə axşamı, 02 May

Nuridə Allahyarova nazirlikdəki vəzifəsindən ayrıldı

image


Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxarılıb.

Xəbər verilir ki, nazirliyin yeni rəhbərliyi həmin posta yeni kadr axtarmağa başlayıb.

Məlumata görə, N.Allahyarovanın işdən çıxarılması ilə bağlı hələlik rəsmi əmr yoxdur. O, nazirliklə yollarının ayrılacağını dəqiqləşdirdikdən sonra öz hesabına 3 aylıq məzuniyyət götürüb.

Məsələni dəqiqləşdirmək üçün N.Allahyarova ilə danışmaq cəhdləri baş tutmayıb, o, heç bir zəngə cavab verməyib.

Nazirlikdən alınan məlumatda isə bildirilib ki, o, hazırda öz xidməti otağındadır, lakin sabahdan işdə olmayacaq.

Qeyd edək ki, N.Allahyarova ötən ilin fevralında sabiq mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə nazirlikdə vəzifəyə təyin olunmuşdu.

Anar Kərimov dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15