Cümə, 03 May

Azərbaycanda vərəm təhlükəli hal alıb? - RƏSMİ AÇIQLAMA

image

Son günlər Azərbaycanda vərəm xəstəliyinin təhlükəli hal alması ilə bağlı məlumatlar yayılıb.

Xəbər verilir ki, bu barədə sosial şəbəkədə pulmonoloq həkimlər paylaşım edirlər.

Qeyd olunur ki, bütün dünyada vərəmə nadir görülən xəstəlik olaraq baxılsa da, ölkəmizdə bu xəstəlik gündən-günə daha çox yayılır.

Pulmonoloq Həsən Həsənzadənin yazdığına görə, təcili tədbirlər görülməsə, çox gec ola bilər:

 “Ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb. Kimsə deməsin ki, mən qorunuram. Bu mövzuda ya cəmiyyət qorunmalıdır, ya da kimsə fərdi şəkildə qoruna bilməz.

Tədbirlər yetərsizdir. Müalicələr yetərsizdir. Müalicə edənlərin (istisnalar var) bu mövzuda biliyi yetərsizdir. Maariflənmə yetərsizdir. Məcburi müalicə qanunları və tətbiqi şərtdir. Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan xəstə məsuliyyət daşımalıdır. Ya həmən, indi tədbirlər başlanmalı, ya da artıq çox gecdir”.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan “Qafqazinfo”ya bildirilib ki, vərəm xəstəliyi xüsusi müayinə üsullarına əsaslanaraq, yalnız həkim ftiziatr tərəfindən diaqnozu təsdiq olunmalıdır. Bu da yalnız ixtisaslandırılmış vərəm müəssisələrində mümkündür.

Vərəm mikobakteyalarının (vərəm xəstəliyin törədicisi) aşkarı xüsusi vərəm laboratoriyalarında, dünyada və ölkəmizdə qəbul olunmuş, icra olunan, ÜST-nin tövsiyələrinə əsaslanan müayinələrin nəticəsində təsdiqlənir:

“Bu laboratoriyalar və xüsusi müayinələr səviyyəsinə əsaslanaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutununda və vərəm əleyhinə müəssisələrdə aparılır.

Klinik protokollara uyğun olaraq ilkin səhiyyədə çalışan həkimlər, ixtisaslı mütəxəssislər, özəl klinikalarda işləyən hansısa bir mütəxəssislər pasiyentində vərəm diaqnozuna şübhələnərsə, təsdiqi üçün ixtisaslaşdırılmış vərəm müəssisələrinə yönəltməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbarı Tibbi Sığora Agentliyi tərəfindən Milli Vərəm Proqramı çərçivəsində vərəm xəstəliyinin aşkarlanması, müalicəsi və profilaktikası tam şəkildə aparılır və ölkədə yaşayan istənilən vətəndaş üçün əlçatandır. Vərəm xəstəliyi tam əminliklə aşkarlanan halda Respublika Gigiyena və Epidemiologiya mərkəzlərinə xəbərdarlıq göndərilir və xəstə qeydiyyata düşür. Bundan sonra həkim ftiziatr xəstənin Kliniki protokollara uyğun olaraq, müalicəyə başlanılır və tam həkim nəzarəti altında müalicə davam etdirilir”.

İnstitutdan bildirilib ki, vərəm xəstəliyinin qarşısının alınmasının vacib aspektlerindən birincisi xəstəliyin profilaktikasıdır. İlkin addım kontaktları, yoluxmuş şəxsləri, risk qruplarının vaxtında aşkarlanması və İlkin Səhiyyə xidməti  ilə kolloborativ əməkdaşlıq, hətta özəl xəstəxanaların həkimləri bu işdə diqqətli olmalıdırlar: “Məqsədimiz əhalinin düzgün maarifləndirilməsi, doğru ünvana yönləndirlməsi, düzgün müayinə, diaqnostika və müalicəsdir. Vətəndaşları sosial şəbəkələrdə yayılan yanlış məlumatlara yox yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq.

2022-ci il üzrə ölkədə cəmi 5320 vərəm xəstəsi qeydiyyata alınıb. Onlardan 2939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnən, 2381  xəstə təkrar olaraq qeydiyyata alınıb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15