Çərşənbə axşamı, 16 Aprel

Vardanyan yenə yük maşınında qaçacaq - Açıqlama

image

“Azərbaycan Vardanyanı ya həbs edəcək, ya da vadar edəcək ki, yenə gecə yarısı çirkli yük maşınında Qarabağı tərk etsin”. 

Bunu politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, Vardanyanın Qarabağda peyda olmasına münasibət bildirən Prezident İlham Əliyev Münhen Təhlükəsizlik konfransında bildirdi ki, o,kriminal dünyanın nümayəndəsidir: 

"Vardanyana Azərbaycanda yer yoxdur. Əgər o düşünürsə, Azərbaycan onunla dialoqa girəcək, yanılır. Vardanyan Azərbaycan torpağında qalmayacaq. Biz buna imkan verməyəcəyik. Prezidentin özünün bu məsələyə ciddi münasibəti var. Biz bu prosesə barmaqarası baxa bilmərik. Vardanyan özü də bu prosesləri gözəl başa düşür. Bu layihə yarı yolda fiaskoya uğrayacaq. Ona görə də qabaqdan gəlmişlik edərək, guya "ən yaxşı müdafiə hücumdu" deyərək 100 günlük nazirliyindən danışır. 100 yox, lap 150 gün olsun, bəs sonra nə olacaq? Sənin onsuz da çıxışın yoxdur". 

Politoloq bildirib ki, çoxları Vardanyanı Rusiyanın layihəsi kimi qiymətləndirir, ancaq o, həm də Qərbin adamıdır: 

“O, ABŞ-ın erməni icmasına da bağlıdır. Vardanyan Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə daxil olub. Sərhəddi keçməklə bağlı qanunvericiliyin tələblərini pozub. O, özünü mövcud olmayan, mifik dövlətin naziri adlandırıb. Onun olduğu məkanın hər tərəfi Azərbaycan torpağı ilə əhatələnibsə, ərazi bütövlüyümüz bərpa olunubsa, o, hansı dövlət proqramının həyata keçirilməsindən, hansı müstəqillikdən danışa bilər?” 

Tofiq Abbasov həmçinin qeyd edib ki, onun bütün fikri-zikri qeyri-qanuni şəkildə Azərbaycanın təbii sərvətlərini istismar etməkdir: 

"Bizim ekoloqlarımız aksiya təşkil etməyənədək onun kefi yerində idi. Düşünürdü ki, burda mənə heç kəs mane ola bilməz. Azərbaycanın təbii sərvətlərini qarət edərək daha da varlanaram. Amma ekoloqlar ora gələndən sonra vəziyyət köklü surətdə dəyişdi". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14