Bazar ertəsi, 13 May

Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib

image

Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib.

Məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.

Əlavə edilən yeni yarımbəndlərlərə əsasən, qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da əmək pensiyaları yenidən hesablanacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00