Şənbə, 20 Aprel

Həbsdəki sabiq məmurlar: “Bütün göstərişləri Vasif Talıbovdan almışıq”

image

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ətrafındakı halqa sürətlə daralır. Muxtar respublikada ard-arda keçirilən həbslər, dövlət qurumlarında aparılan yoxlamalar Naxçıvan "xan"ını çıxılmaz durumda qoyub. Hazırda istintaq altında olan keçmiş vəzifəli şəxslərin, habelə onların işi ilə əlaqədar dindirilən sabiq və indiki məmurların ifadəsi Vasif Talıbovu həbs təhlükəsi ilə üz-üzə qoyub.

Vasif Talıbovun ötən il dekabrın 21-də qəfildən istefa verməsindən sonra Naxçıvanda yeni ab-hava yaranıb. Hələ Talıbovun "xan"lığının son günlərində başlayan yoxlamalar muxtar respublikada bir neçə vəzifəli şəxsin həbsi ilə nəticələndi. Hazırda vaxtilə Naxçıvanda müxtəlif vəzifələrdə çalışmış 20-dən artıq şəxsin həbsdə olduğu bildirilir. Onların arasında 2 keçmiş nazir, gömrük orqanlarının yüksək rütbəli zabitləri, muxtar respublikanın müxtəlif dövlət qurumlarında çalışmış sabiq məmurlar var. 

Aldığımız məlumatlara görə, hüquq-mühafizə orqanları tərəfindın dindirilən keçmiş məmurların heç biri özünü təqsirli bilməyib. Onlar istintaqa verdikləri ifadələrdə bütün qanunsuzluqları Vasif Talıbovun göstərişi ilə həyata keçirdiklərini deyiblər. İstintaqa ifadə verən şəxslər daim həbs təhlükəsi altında işlədiklərini, davamlı olaraq təzyiqlə üzləşdiklərini bildiriblər. Vəzifəyə təyin olunduqları ilk gündən onlara ölkənin deyil, Vasif Talıbovun !qanunları" ilə işləyəcəkləri bildirilib. Bu "qanunları" pozanlar isə ən sərt formada cəzalandırılıb. Təkcə özləri deyil, ailə üzvləri, yaxın qohumları da repressiyaya məruz qalıb. 

Mənbə deyib ki, ötən ilin dekabrından bu günə kimi istintaqa cəlb olunan 103 nəfər Vasif Talıbovun əleyhinə ifadə verib. Onların arasında həbsdə olan, işdən çıxarılan, həmçinin hazırda vəzifədə işləyən adamlar da var. Naxçıvanda aparılan yoxlamalar Talıbovun ətrafındakı halqanı daraltsa da, onun həbs olunub-olunmayacağı siyasi məsələ olduğuna görə nəticəni görmək üçün bir qədər gözləmək lazım gələcək. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20