Çərşənbə axşamı, 23 Aprel

Lukaşenko hansı halda müharibəyə qoşulacağını açıqladı

image

“Mən hələlik yalnız bir halda Belarus ərazisindən ruslarla birlikdə döyüşməyə hazıram".

Xəbər verilir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib: “Mən hələlik yalnız bir halda Belarus ərazisindən ruslarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlib, xalqımı öldürsə. Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”.

A. Lukaşenko qeyd edib ki, bu, təkcə Ukraynaya deyil, digər qonşulara da aiddir.

"Ukraynadakı müharibəyə "işğal” deyirsiniz. Mən bunun işğal olduğunu düşünmürəm. Bu işğal deyil. Bu əməliyyatı Ukrayna hakimiyyət orqanları özləri təxribat ediblər... İşğal olmayıb. Düşünürəm ki, bu, Rusiyanın və orada yaşayan insanların, rus xalqının maraqlarının qorunmasıdır”, - deyə Lukaşenko əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37