Çərşənbə axşamı, 14 May

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla ödənildi

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Bu barədə Fonddan məlumat verilib.

Pensiyaların minimum məbləği fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 1 yanvar 2023-cü il tarixindən 14,7% indeksləşdirilərək artırılması təmin edilib.

Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00