Bazar, 05 May

Aşıq Namiq keçirdiyi yarışmada rüşvət istədiyini etiraf etdi - Video

image

Aşıq Namiq Fərhadoğlu Lider TV-də müəllifi olduğu “Köklə sazı” yarışmasında yer alan aşıqlardan rüşvət aldığını etiraf edib.

Aşıq bu barədə ARB TV yayımlanan “Həmin Zaur” proqramında deyib: “Biri soruşdu ki, birinci yerin xərci nə qədərdir? Dedim, avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min manat ver, səni birinci edim. Maşına görə etdim. Sonra mənə bildirdilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır. Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb, səs verir. Orada ağa da, nökər də mənəm”.

Görün bu adamlar nə qədər harınlayıb ki, cinayətlərini efirdən heç nədən çəkinmədən bəyan edirlər. Hüquq-mühafizə orqanları niyə tədbir görmür? Belə bir adam necə telekanalda veriliş aparır?

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15