Çərşənbə, 15 May

Saatlıda qatar minik avtomobili ilə toqquşdu - Sürücü öldü

image

Bu gün Saatlıda qatar minik avtomobili ilə toqquşub.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən xəbərə görə, bu gün saat 09:45 radələrində ADY-yə məxsus teplovoz Saatlı-Becar mənzilində hərəkətdə olarkən Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Qəşəm Gülhüseyn oğlu Hüseynov idarə etdiyi 90-BE-797 dövlət nömrə nişanlı “VAZ 0126” markalı avtomobillə dəmiryol keçidini keçməyə cəhd edib.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub.

Hadisə nəticəsində sürücü xəsarət alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən vəfat edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00