Cümə axşamı, 02 May

“Real”, “Barselona” və “Yuventus” yenidən hərəkətə keçdilər

image

Bu gün Avropa Super Liqasının baş direktoru Bernd Reynhart təsisçi klubların layihənin yeni versiyasını işə salmaq istədiklərini açıqlayıb.

Bu barədə A22-dən (Super Liqanın törəməsi) bildirib.

Məlumata görə, bununla bağlı 50-dən çox klubla əlaqə saxlanılıb.

Layihənin tam təfərrüatı hələ açıqlanmayıb. Bildirilir ki, burada daimi iştirakçıları olmayan 60-80 komanda və bir neçə diviziyanın olması planlaşdırılır. Hər bir iştirakçı mövsümdə ən azı 14 oyun keçirəcək.

Əvvəlki layihədə Avropanın yüksək liqalarından olan “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “İnter”, “Milan”, “Yuventus”, “İnter”, “Atletiko”, “Barselona”, “Real” klublarının iştirakı ilə qapalı liqa nəzərdə tutulub.

Nəticədə onun iştirakçıları turniri keçirməkdən imtina ediblər. Onların arasında yalnız “Real”, “Barselona” və “Yuventus” gələcəkdə Super Liqanın tətbiqinə ehtiyac olduğunu bildirib.

Bundan əvvəl Avropa Super Liqasının promouterləri olan A22 Madrid Məhkəməsində apellyasiya şikayətini qazanıb. Bu qərar o deməkdir ki, təşkilatçı klublar FİFA və UEFA tərəfindən cəzalandırıla bilməz.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15