Çərşənbə, 15 May

Onlayn işləyənlərdən vergi tutulmaması təklif edilib

image

“Mən azərbaycanlıların onlayn işlərdə işləyib gəlir əldə etməsinə qarşı deyiləm. Əksinə, bu, stimullaşdırılmalıdır. Ancaq bizim qanunvericiliyə görə həmin şəxslərin bank hesabına gələn məbləğ gəlir və mənfəət vergisinə cəlb olunur”. 

Xəbər verilir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Avropa ölkələrinin çoxunda onlayn gəlirlər vergidən azaddır: “Bu ölkələrdə əgər vətəndaş ölkəsini tərk etmirsə, öz əməyini xaricə satıb qazandığı gəlirləri ölkəsinə gətirirsə, 10 il müddətinə vergilərdən azad olunur. Düşünürəm ki, bu məsələlərdə biz də insanlarımızı motivasiya etməliyik. Bilməliyik ki, o gəlirlərin ölkəmizə gəlməsi daha önəmlidir, nəinki o gəlirlərdən tutulan vergi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00