Cümə axşamı, 25 Aprel

Sumqayıtda 59 yaşlı qadın qonşusuna qarşı dələduzluq edib — TƏFƏRRÜAT

image

Sumqayıt şəhərində 1964-cü il təvəllüdlü Güləndam İsayeva həmcinsi Mahirə Hüseynovaya qarşı dələduzluq edib. 

Əldə etdiyimiz məlumata görə, Güləndam Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən fərdi həyət evini Mahirəyə satmaq adı ilə yalan vəd verib. Ondan 2016-cı ilin dekabrından 2017-ci ilin iyul ayındak olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 8850 manat alıb. 

Bundan başqa, o, daha sonra 2018-ci ilin fevralınadək olan müddət ərzində müxtəlif vaxtalrda yenidən ümumlikdə 16350 alaraq dələduzluq edib. 
İstintaq orqanı tərəfindən Güləndamın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Güləndam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən 20 ilə yaxın müddətdir ki, zərərçəkmiş Mahirəni tanıyır və əvvələr Mahirədən məişət avadanlıqları alıb: “Təxminən 2016-cı ildən 2017-ci il tarixədək olan müddət ərzində Mahirə ümumilikdə 5500 manat nəğd pulu faizi ilə qaytarmaq şərti ilə borc kimi aldım. 2016-cı ildə mənə təcili pul lazım olduğu üçün ondan borc pul istədim.

Mahirə isə pulu olmadığından özünə məxsus ümumi dəyəri təxminən 2000 manat olan üç ədəd qadın üçün qızıl üzükləri, bir ədəd qızıl boyunbağını və rəfiqəsi Səidəyə məxsus qızıl sırğanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində mənə faizsiz borc kimi verdi. Daha sonra Mahirədən aldığım pulların 2000 min manatını hissə-hissə qaytardım”. 

Təqsirləndirilən şəxs deyib ki, hazırda onun Mahirəyə 3500 manat borcu qalıb. O, əlavə olaraq Mahirənin qızıllarını alıb, qaytaracaqdır: “Yaşadığım evin qarşısında olan özümə məxsus, qızımın adına rəsmiləşdirdiyim evi Mahirəyə satmağa söz verməmişəm və bu barədə aramızda heç bir razılıq olmayıb. Həmin ev təxminən 5 ildir ki, qızım Xəyalənin adındadır. Həmçinin Mahirə yalandan mənim 18000 manat borcum qaldığını bildirsə də, əslində isə Mahirəyə 3500 manat borcu var. Təxminən 2000 manat dəyərində olan qızıl-zinət əşyalarını geri qaytarmalıyam. Həmin qızılları Rəsul adlı tanışıma 2000 min manat müqabilində girov kimi vermişəm. Rəsul adlı tanışımın pulunu qaytardıqdan sonra qızılları götürüb və Mahirəyə qaytaracam. Mahirəylə aramızda ev razılaşması olmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə,  Güləndamə 20 ildən çoxdur tanıyır: “Əvvələr alver ilə məşğul olurdum və Türkiyə Respublikasından paltarlar gətirərək satırdım. Həmin vaxtlar Güləndam da məndən paltarlar götürərək satıb”. 

Zərərçəkmiş qeyd edib ki, 2016-cı ildə Güləndam ona Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində yaşadığı evin qarşısında tikdirdiyi iki otaqlı evi münasib qiymətə sata biləcəyini söyləyib: “Güləndama əlimdə o qədər pul olmadığını dedim. Güləndam mənə pulu hissə-hissə verə biləcəyimi bildirdiyi üçün razılaşdıq. 2016-cı ilin dekabr ayında 5000 manat, 2017-ci ilin mart ayında 3000 manat, 2017-ci ilin iyul ayında Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində Güləndamın yaşadığı evdə 5000 manat dəyərində qızıl-zinət əşyaları, 2017-ci ilin dekabr ayında özümün yaşadığım  ünvanında 2000 manat, 2018-ci ilin fevral ayında isə 3000 manat verdim. Lakin Güləndam verilən 18000 manat pul müqabilində iki otaqlı evi mənə satacağını razılaşmağımıza baxmayaraq vədinə əməl etmədi. Müxtəlif bənahələr gətirərək həmin evi adıma keçirtmədi”.

Mahirənin ifadəsinə görə, sonradan Güləndamın ona ev satmaq fikiri olmadığını, ondan pul almaq üçün evi satacağını bildirməsi ona məlum olub: “Mən də Güləndamdan pulumu tələb etdim. Lakin hazıradək Güləndam nə mənim pulumu qaytardı, nə də ki, evi mənə satmadı. Güləndama evi almaq üçün ümumilikdə 18000 manat vermişəm. Ortaq tanışlarımız Səidə və digər qonşular da bunu təsdiq edə bilələr. Güləndama verdiyim qızıllardan bir cüt təxminən 10 qram çəkidə qızıl sırğanı Səidədən almışam. Sonradan həmin sırğanın pulunu Səidəyə ödəmişəm. Güləndama pul verən zaman pulum düzəlmədiyi üçün 700 manatını qonşumuz Nəzakətdən borca alaraq ona verdiyimi bildirmişəm”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Güləndam 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvanı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Zərərçəkmiş şəxsin mülki iddia qismən təmin edilib. Təqsirləndirilən şəxsdən 8850 manat alınaraq zərərçəkmiş şəxsə verilməsi barədə qərar qəbul edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33