Bazar ertəsi, 06 May

Vətəndaşlarımız niyə təyyarə ilə təxliyə edilmirlər? - FOTO

image

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən vətəndaşlarımızın ölkəmizə təyyarələrlə təxliyəsi barədə hələlik bir qərar yoxdur”.

Bunu sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisə ilə əlaqədar hava limanları sərnişin təyyarələrini qəbul etmir:

“Eyni zamanda, təyyarələrin əksəriyyəti yük təyyarəsidir və müəyyən çətinlik yaşana bilər. Vətəndaşlarımızın təxliyəsi avtobuslarla olacaq”.

Qeyd edək ki, fevralın 7-si və 8-də Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkən vətəndaşlarımız ölkəmizə təxliyə ediliblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb. Ölənlər arasında bir nəfər azərbaycanlı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58